“Araz-Naxçıvan” daha bir braziliyalı futzalçı ilə anlaşıb
Bakı, 18 iyul, AZƏRTAC
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, ölkə çempionu Varqas Amenqual Andreu ilə ortaq məxrəcə gəlib. Ampluası hücumçu olan braziliyalı forvardın son klubu vətənində “Horizontina” olub. İyirmi beş yaşlı oyunçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə münasibətlərini rəsmiləşdirib. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka ilə yeni anlaşma imzalanmayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]