“Araz-Naxçıvan”da zədəli futbolçuların son durumu açıqlanıb
Bakı, 15 yanvar, AZƏRTAC
“Araz-Naxçıvan”ın zədəli futbolçuları İsmail Azzaui və Orxan Əliyevin durumuna aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Azər Bağırov “Qəbələ”yə 0:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis hər iki futbolçunun komandaya Bakıda qoşulacağını və rəsmi oyunlara qədər tam hazır olacağını bildirib.
Təlim-məşq toplanışını də dəyərləndirən A.Bağırov komandanın hazırlığından razı qaldığını söyləyib: "Hazırlıq prosesi istədiyimiz kimi keçdi, toplanışı plana uyğun şəkildə başa vurduq. Oyunda nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası, matçı zədəsiz başa vurduq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsindən sonra ilk matçını yanvarın 23-də Premyer Liqanın XIX turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]