“Aris”in baş məşqçisi: “Araz-Naxçıvan” qələbəyə layiq idi
Bakı, 24 iyul, AZƏRTAC
“Bizim üçün pis oyun oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yunanıstanın “Aris” komandasının baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olduqları ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, “Araz-Naxçıvan”ın qələbəyə layiq olduğunu bildirib: “Rəqib bizi üstələdi. Komandamda alınmadı. Cavab matçı tamamilə fərqli olacaq. İkinci oyunda daha yaxşı olacağıq. Bir həftə vaxtımız var. Futbolçularımın bəziləri fiziki olaraq hazır deyildi. Amma heyətimizdə oyunun taleyini dəyişəcək simalar var”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
- 05.06.2026 [10:03]