“Arsenal” Vinisiusa rekord maaş təklif edə bilər
Bakı, 27 iyul, AZƏRTAC
İngiltərənin "Arsenal" klubu braziliyalı hücumçu Vinisiusu transfer etmək üçün ona klub tarixində ən yüksək maaşı təklif etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Bildirilib ki, hazırda "Real Madrid"də həftəlik 400 min funt-sterlinq qazanan Vinisiusa London təmsilçisi daha sərfəli maliyyə şərtləri təqdim etməyi planlaşdırır. Hazırda "Arsenal"ın ən yüksək maaş alan futbolçusu həftəlik 365 min funt-sterlinq qazanan Bukayo Sakadır.
İyirmi beş yaşlı Vinisius 2018-ci ildən "Real Madrid"in formasını geyinir. O, Madrid klubu ilə üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olmaqla yanaşı, bir sıra digər nüfuzlu titullar da qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]