“Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub
Bakı, 3 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstan Respublikasının incəsənət xadimlərinin iştirakı ilə hərbi qulluqçulara maraqlı konsert proqramı təqdim edilib.