“Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub
Bakı, 8 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin təşkilatçıları qonaqları salamlayaraq onları ölkələrində görməkdən məmnunluqlarını bildirib, komandalara yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Konsert proqramı iştirakçı ölkələrin nümayəndələri tərəfindən maraqla qarşılanıb.