Arut Sasunyan məsləkdaşı Qriqoryanın yalanını yenidən sırımağa çalışır
Sasunyanı məyus etməli olacağıq: Vüqar Seyidovun başına nə birinci, nə də ikinci hadisə gələcək. Birincinin səbəbi aydındır: Avropa İnsan Hüquqları Məhkəməsinin öz qərarını dəyişməsi ehtimalı çox cüzidir. O ki qaldı, vətəndə qəhrəman səviyyəsinə qaldırılması məsələsinə, kaliforniyalının diqqətinə çatdıraq ki, Azərbaycanda və Türkiyədə tarixi həqiqəti söyləməyə görə nə sinəyə medal taxırlar, nə də adama heykəl qoyurlar.
İndi isə mətləbimiz başqadır. Sasunyan öz məqaləsində Slovakiyada ermənilərin soyqırımının inkar edilməsinin kriminallaşdırılması barədə məsləkdaşı Aşot Qriqoryanın yaydığı yalanı yenidən sırımağa çalışır. Bu yalan dəfələrlə gülüş hədəfinə çevrilib. Ermənilərdən fərqli olaraq, öz arqumentlərimizi tutuquşu kimi təkrarlamağı xoşlamırıq. Sadəcə, “erməni torpaqlarının“ geri qaytarılması yolunda özünü əldən salan bu şəxsi başımızdan edib, iki il əvvəl dərc olunmuş iki məqaləni ona göndərməklə kifayətlənirik.
Ümidvarıq ki, Sasunyan rus dilini bilir və məqalələrin məzmunundan baş çıxara biləcək. Bilməsə də, yəqin tərcüməçi tapılar.
Bununla da mövzunu bitmiş sayırıq. Oxucularımızı əmin edirik ki, Slovakiyada (yeri gəlmişkən, bu sətirlərin müəllifi hazırda həmin ölkədədir) ermənilərin “soyqırımı” adlandırdıqları məsələnin inkarını kriminallaşdıran heç bir qanun yoxdur və heç vaxt da olmayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava