Azərbaycan Dövlət İnformasiya Agentliyi

ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ASCO-nun sədri Rauf Vəliyev 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələrinin, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələrinin dinc əhaliyə qarşı vəhşiliklər törətdiyini, günahsız insanları qətlə yetirdiyini, yaraladığını, yüzlərlə azərbaycanlının əlil olduğunu, itkin düşdüyünü söyləyib.

R.Vəliyev bildirib ki, o dövrdə nəinki hadisələrə siyasi qiymət verilməyib, əksinə, səbəbkarların və günahkarların adları belə xalqa açıqlanmayıb. Hadisəyə ilk münasibətini bildirən ümummilli lider Heydər Əliyev olub. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni humanizm və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. Hadisələrə əsl hüquqi, siyasi qiymətin verilməsi də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub. Dahi şəxsiyyət 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxarıb, xalqla birliyini bir daha təsdiqləyib.

R.Vəliyev Prezident İlham Əliyevin də Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb. Sədr onu da qeyd edib ki, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemləri Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da hər zaman diqqət mərkəzindədir.

ASCO sədri əlavə edib ki, 20 Yanvar, eyni zamanda, qürur, şərəf günümüzdür. Bu hadisələr zamanı şəhid olan oğul və qızlarımız Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə hər kəsə örnək olublar.

R.Vəliyev həmin günlərdə dənizçilərin göstərdiyi fədakarlıq və qəhrəmanlıqlardan da danışıb. Dənizçilər hadisə baş verən zaman və ondan sonrakı günlərdə daim xalqla həmrəy olublar. Gəmilərin gülləbaran edilməsi belə milli birliyə və qəhrəmanlıq tarixinin yazılmasına mane ola bilməyib.

Sədr qeyd edib ki, şəhidlərin xatirəsi hər zaman əziz tutulur, daim anılır, adları əbədiləşdirilir. O, ASCO-nun təşəbbüsü və dəstəyi ilə 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş bədii filmin çəkilməsinin də bunun bariz nümunəsi olduğunu deyib. Bildirib ki, gələn il təqdimatı nəzərdə tutulan ekran işi faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimiz haqqında aydın fikir formalaşdıracaq. Sədr qeyd edib ki, bədii film tanınmış yerli və xarici aktyorların iştirakı ilə təcrübəli mütəxəssislər tərəfindən çəkilir. Filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, bədii rəhbəri və eyni zamanda, baş rollardan birini canlandıran Xalq artisti Fəxrəddin Manafovdur. Filmdə əsas rollardan birini də Xalq artisti Rasim Balayev canlandıracaq. Ekran işinin quruluşçu operatoru Avropanın aparıcı mütəxəssislərindən biri latviyalı Qint Berzinş, quruluşçu rəssamı isə Gürcüstanın tanınmış incəsənət xadimi Mamuka Esadzedir.

Çıxışının sonunda sədr bütün yaradıcı heyətə uğurlar arzulayaraq ortaya keyfiyyətli işin çıxacağından əminliyini ifadə edib.

Sonra Qanlı Yanvar hadisələrinin canlı şahidi, veteran dənizçi Ağalar İbrahimov həmkarlarının şücaətindən və qəhrəmanlığından iftixarla danışıb. Bildirib ki, o günlər dənizçilər dünyanın diqqətini Bakıdakı qanlı faciəyə yönəltmək üçün gəmilərdən hər saat “SOS” siqnalı veriblər. Bununla da, dənizçilər həyatlarını riskə ataraq Bakı buxtasında imperiya ordusu ilə qeyri-bərabər mübarizəyə qalxıb. Həmin dövrdə əksər gəmilərimiz ciddi zədə alıb, bəzi gəmilərdə mindən çox güllə, mərmi izləri olub.

Daha sonra filmin yaradıcı heyətinə söz verilib.

Filmin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov deyib ki, 20 Yanvar hadisələri zamanı dənizçilərin düşmənə qarşı birlik nümayiş etdirməyi qürurverici məqamlardandır. Dənizçilər çətin vəziyyətə düşsələr də, hər tərəfə məlumat ötürüblər. Quruluşçu rejissor qeyd edib ki, bədii filmin məqsədi də 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları geniş auditoriyaya çatdırmaq, bu tarixi gələcək nəslə doğru-düzgün ötürməkdir.

O, filmin istehsalat prosesindən də danışıb. Bildirib ki, artıq bədii və rejissor ssenariləri hazırdır. Ssenari tarixi araşdırmalar nəticəsində üzə çıxan arxiv sənədlər, şahidlərin və ekspertlərin söylədiyi faktlar əsasında hazırlanıb.

Quruluşçu rejissor qeyd edib ki, ekran əsəri təkcə 20 Yanvar faciəsinin ağrı-acılarını özündə əks etdirməyəcək, həm də Azərbaycan xalqının, dənizçilərin göstərdiyi bu qəhrəmanlığı, vətənə sevgisindən yaranan müqavimət hərəkatının miqyasını dünyaya çatdırmağa kömək edəcək.

Xalq artisti Fəxrəddin Manafov bildirib ki, 20 Yanvar hadisəsi tariximizə ən faciəli günlərdən biri və eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar qətliamı böyük qəddarlıqla törədilməsinə baxmayaraq, xalqın yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlığa qovuşmaq istəyini sübut edib.

Fəxrəddin Manafov o ağır günlərdə dənizçilərin göstərdiyi qəhrəmanlıqlardan da danışaraq çəkiləcək filmin əsas qayə və məramında da bu fədakarlığın dayandığını bildirib. Xalq artisti qeyd edib ki, əsas hadisələr faciə zamanı yaradılmış 7 nəfərdən ibarət Kapitanlar şurasının ətrafında cərəyan edəcək. Həmin 7 nəfəri canlandıran obrazların dilindən baş verənlərin əsl mahiyyəti aydın olacaq.

F.Manafov 20 Yanvar hadisələrinə işıq salmaq, tariximizi qorumaq, dənizçilərin qəhrəmanlıqlarını gələcək nəslə çatdırmaq məqsədilə çəkilən filmə dəstək göstərdiyi üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib, ortaya uğurlu ekran işinin qoyulacağını deyib.

Sonda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçilərinin 30 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət və qəhrəmanlığından bəhs edən sənədli film nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib