İQTİSADİYYAT
ASCO-nun xalis mənfəətində 2021-ci illə müqayisədə 40 faiz artım proqnozlaşdırılır
Bakı, 3 mart, AZƏRTAC
Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) xalis mənfəətində bu il 2021-ci illə müqayisədə 40 faiz artım proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu ASCO-nun rəhbəri Rauf Vəliyev bu gün Bakı Fond Birjasında keçirilən “Açılış zəngi” tədbirində deyib.
Onun sözlərinə görə, hazırda Gəmiçiliyin borcu sıfır səviyyəsindədir: “Məqsədimiz budur ki, biz dövlət zəmanəti ilə kredit almayaq. Lazım olan kreditləri özümüz müstəqil əldə edə bilək”.