Asiya İnfrastruktur İnvestisiya Bankı Çinə 355 milyon dollar ayırıb
Pekin, 8 aprel, AZƏRTAC
Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) COVID-19 pandemiyası ilə mübarizə üçün Çinə 355 milyon ABŞ dolları məbləğində suveren kredit ayırıb.
AİİB-in Pekindəki mənzil-qərargahından AZƏRTAC-a bildiriblər ki, vəsait paytaxt Pekində və 31 milyon əhalisi olan Çunçin bələdiyyəsində ictimai səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və COVID-19 infeksiyasının yayılması şəraitində təcili avadanlıq təminatının həllinə yönəldiləcək.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. AİİB fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, 68 layihəyə, ümumilikdə, 13,45 milyard dollar kredit ayırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]