Asiyadan Avropaya malların çatdırılma xərcləri 400 faiz artıb
Bakı, 15 fevral, AZƏRTAC
Qırmızı dənizdəki hücumlar səbəbindən Asiyadan Avropaya malların daşınma xərcləri 400 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib.
“Qırmızı dənizdən daşınmaların istiqamətləndirilməsi ilə əlaqədar olaraq, Avropa və Asiya arasında çatdırılma müddəti 10-15 gün, daşıma xərcləri isə 400 faiz artıb”, - deyə o qeyd edib. Eyni zamanda, Centiloni ümid etdiyini bildirib ki, bu problemlər Avropa İttifaqında inflyasiyanın ciddi artımına səbəb olmayacaq,
Avropa İttifaqı Qırmızı dənizdə ticarət gəmilərini müşayiət etmək üçün Aspides hərbi-dəniz əməliyyatının razılaşdırılmasını yekunlaşdırmaq üzrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]