Aslan Xəlilov: “Xurşidbanu Natəvanın portreti” daha çox klassik ənənələrə əsaslanır
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 23 iyul, AZƏRTAC
Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılovun “Xurşidbanu Natəvanın portreti” əsəri daha çox klassik portret ənənələrinə əsaslanır. Natəvan ayaq üstə dayanmış vəziyyətdə təsvir edilib. Rəssamın diqqəti əsasən geyimə və portret oxşarlığına yönəlib.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov deyib.
O bildirib ki, milli geyimin zəngin ornamentləri və rəng çalarları obrazın tarixi mühitini canlandırır. “Qırmızı, yaşıl və qızılı tonların vəhdəti Natəvanın xan nəslindən olmasını vurğulayır. Bununla yanaşı, simadakı təmkin və baxışlardakı müdriklik onun mənəvi aləmini açmağa xidmət edir. Əsərdə fiqurun fon üzərində aydın seçilməsi Natəvanı kompozisiyanın mütləq mərkəzinə çevirir və tamaşaçının diqqətini birbaşa onun şəxsiyyətinə yönəldir”,- deyə A.Xəlilov əlavə edib.
Müxbir – Fidan Əlizadə

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]