Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-nın sərbəst dinləmələrində Azərbaycan həqiqətlərindən bəhs edilib

AŞPA-nın sərbəst dinləmələrində Azərbaycan həqiqətlərindən bəhs edilib

Strasburq, 28 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günündə deputatlar Avropada və dünyada baş verən siyasi hadisələr, insan haqları və demokratik dəyərlərlə bağlı müzakirələr aparıblar.

Müzakirələr zamanı dinlərarası və mədəniyyətlərarası dialoqun vacibliyindən danışan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov bildirib ki, müasir dünyamızı yalnız dünyanın siyasi xəritəsinin dəyişdirilməsi ilə deyil, ictimai həyatla bağlı bir sıra qlobal problemlərin yaranması və kəskinləşməsi ilə də səciyyələndirə bilərik. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, dini problemlər də kəskin şəkildə ortaya çıxır. Hərçənd bəzi separatçı qruplaşmalar çox vaxt terror əməllərinə haqq qazandırmaq məqsədilə din amilindən istifadə edirlər. Belə şəraitdə mədəni müxtəlifliyin, sivilizasiyanın qorunması məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılması olduqca aktualdır. Tolerantlıq və dini dözümlülük ənənələrinin güclü olduğu ölkə və regionların təcrübəsi bu mənada örnək ola bilər. Azərbaycan bir çox xalqların və dini icmaların birgə yaşadıqları, əməkdaşlıq ənənələrinə malik olduqları belə ölkələrdəndir. Azərbaycanın dinlərarası dialoqun və əməkdaşlığın möhkəmləndirilməsindəki təcrübəsi uğurlu nümunə kimi qəbul olunub və çox yüksək qiymətə layiq görülüb. 2002-ci ilin mayında Roma Papası II İohan Pavel Azərbaycana tarixi səfəri zamanı ölkəmizdə dini dözümlülük ənənəsini yüksək qiymətləndirib. Azərbaycanda vicdan azadlığı məsələsinə böyük qayğı ilə yanaşılır. Müxtəlif dini icmaların yalnız hüquqi təhlükəsizliyi deyil, eyni zamanda, mənəvi dəyərləri də qorunur.

Qeyd edilib ki, fərqli dini məzhəblərin siyasiləşdirilməsi, iqtisadi problemlərin həllində onlardan istifadə edilməsi xalqlar arasında böyük uçurum yarada bilər və bu zaman dialoq da qeyri-mümkün olacaq.

Bu gün əsas səylər müxtəlif dini icmalar arasında birgə tədbirlərin keçirilməsinə yönəldilməlidir. Dinlər arasında baş verən qarşıdurmalar haqda hər hansı lazımsız ictimai müzakirələrə yol verilməməlidir.

Deputat Sevinc Fətəliyeva isə Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüzündən danışıb. Qeyd edib ki, bu təcavüz nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlı arasında ailə üzvlərini itirən uşaqlar da var. Torpaq həsrəti ilə yaşayan bu insanların hər birinin qəlbində doğma yurdlarına qayıtmaq, ata-analarının, əzizlərinin məzarlarını ziyarət etmək arzusu var. Məhz bu hissin gücü Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərə - öz ata-baba yurdlarını ziyarətə sövq etdi. Həsən Həsənov öldürüldü, digər iki həmyerlimiz isə əsir götürüldü, onlara qondarma “cinayət işi” açıldı. Qondarma “məhkəmə” D.Əsgərova ömürlük, Ş.Quliyevə isə 22 illik həbs cəzası kəsdi.

S.Fətəliyeva Azərbaycanın sərhədlərinin bütün beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən tanındığını bir daha diqqətə çatdırıb. O deyib ki, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilir. Həmin qətnamədə atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırılır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılması tələb edilir. Bu zaman sual meydana çıxır: heç bir sərhəd və qanun pozmayan, günahı yalnız torpaq sevgisi olan bu insanlar nədən cinayətkar və işğalçı olan bir ölkə tərəfindən girov götürülür? O ölkənin buna hansı hüquqları var ? Haqqın, ədalətin hökmü nədən bu məsələdə susur?!

Deputat bildirib: “Azərbaycan girovların azad olunması məsələsini beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Əgər insan haqları bütün beynəlxalq təşkilatların gündəmindədirsə və ən əsas məsələlərdən biri sayılırsa, onda bu məsələ niyə hələ də həllini tapmayıb. Separatçı rejimin girovlar üzərində “məhkəmə” qurması bütün hüquq normalarını pozur. Deməli, Ermənistan heç bir qanun tanımır və ya bu qanunlara məhəl qoymur. Buradan AŞPA-nı və bütün üzv ölkələri Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırıram”.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər