Aşqarlar Kimyası İnstitutunun professoruna yüksək etimad
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun zərif üzvi sintez laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Sabir Məmmədovun adı “Science Journal of Chemistry” jurnalının redaksiya heyətinə daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, S.Məmmədov üzvi kimya sahəsində görkəmli alim olmaqla fizioloji fəal maddələrin sintezi ilə bağlı yüksək nailiyyətlər əldə edib. Apardığı elmi araşdırmaların mühüm elmi və təcrübi nəticələri “Thomson Reuters” Agentliyinin Elmi İnformasiya İnstitutunun “Web of Knowledge” axtarış sistemində referatlaşdırılmış yüksək resenziyalı xarici jurnallarda çap edilib.
“Science Journal of Chemistry” professor S.Məmmədovun məqalələrində əks olunan elmi tədqiqatların yüksək səviyyəsini nəzərə alaraq onun adının jurnalın redaksiya heyətinə daxil edilməsi təklifi ilə rəsmi müraciət edib və təklif qəbul olunub. Bu təklifi Azərbaycan elminin nailiyyəti və dünya elminə inteqrasiyasının göstəricisi hesab etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]