Astana aeroportunda 15 reys təxirə salınıb
Astana, 10 avqust, AZƏRTAC
Yerli vaxtla saat 14:10-a olan məlumata görə, Astana hava limanında 9 gəliş və 6 uçuş reysi təxirə salınıb. Ləğv edilmiş uçuşlar yoxdur.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinə istinadla xəbər verir ki, Astanada pisləşən hava şəraiti ilə əlaqədar “Air Astana” aviaşirkətinin 4 təyyarəsi dolu vurması səbəbindən sıradan çıxıb və bu, sonrakı uçuşların zəncirvari ləngiməsinə səbəb olub.
Hazırda Mülki Aviasiya Komitəsinin, Aviasiya Nəqliyyatı Prokurorluğunun və Qazaxıstan Aviasiya Administrasiyasının əməkdaşları uçuşların gecikmələri ilə bağlı vəziyyətə nəzarət etmək və əməliyyat tədbirləri görmək üçün Astana hava limanındadırlar.
Məlumatda deyilir: “Aviaşirkətin əməkdaşları iş başındadır və sərnişinləri Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün lazımi məlumat və xidmətlərlə təmin edirlər.
Təxirə salınan reyslər növbəti uçuşların gecikməsinə səbəb ola bilər və buna görə də sərnişinlərə tövsiyə olunur ki, aviareyslərin statusunu və uçuş vaxtını əvvəlcədən aviaşirkət və ya hava limanının məlumat xidmətlərindən öyrənsinlər”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]