ASTARADA “İSTEDAD-2006” FESTİVALI KEÇİRİLMİŞDİR
Üç mərhələdə keçirilən festivalda gənclər incəsənətin, mədəniyyətin və yaradıcılığın başqa növlərində istedad və bacarıqlarını nümayiş etdirmişlər.
Yekun konsertinin iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Qarabağ savaşında həlak olanların xatirə-kompleksinin önünə gül-çiçək dəstələri düzmüşlər.
Mərasimdə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov tədbirdə çıxış edərək festivalda fərqlənən gəncləri təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.
Festivalın qaliblərinə diplomlar, fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilmişdir.