Astarada normativ tələblərə cavab verməyən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Astara şəhərində H.Əliyev küçəsində yerləşən, Şahvəliyev Anar Bayraməli oğluna məxsus “Ton-Ton” dönərxanasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama aparılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Dönərxanada məhsulların müvafiq temperaturda saxlanılması və emalı üçün şəraitin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin normativ texniki tələblərə cavab vermədiyi, işçinin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.