Astarada Novruz tonqalı alovlandırılıb
Astara, 17 mart, İlkin Adıyev, AZƏRTAC
Novruz bayramı Astarada, dənizkənarı park-bulvarda böyük coşqu ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi qazisi, “Azərbaycan Bayrağı” ordenli Rüfət Əsədullayev Bahar qızın gəlişi ilə bayram tonqalını alovlandırıb.
Aşıqların ifası, meyxanaçıların deyişməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qrupları isə milli rəqslər ifa ediblər. İdmançıların çıxışları böyük coşqu yaradaraq alqışlarla qarşılanıb.
Kənd təsərrüfatı, turizm və xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarının marağına səbəb olub.