Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astronavtika Konqresi ölkəmizdə kosmik sənayenin, müasir texnologiyaların inkişafına təkan verəcək

Astronavtika Konqresi ölkəmizdə kosmik sənayenin, müasir texnologiyaların inkişafına təkan verəcək

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Ölkəmiz Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun ardınca daha bir mötəbər tədbirə -74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Beş gün davam edəcək tədbirə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Bu, Konqresin əhəmiyyətinin, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. Azərbaycan hər iki beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə yeni texnologiyaların inkişafına və tətbiqinə verdiyi önəm fonunda qazandığı uğurlu nəticələri dünyaya təqdim etmək imkanı qazanır. Bu gün dünya işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri əsasında Azərbaycanın təkmil şəhərsalma təcrübəsini öyrənir. Müasir dövrün tələbləri həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində özünün aydın ifadəsini tapır. Digər mötəbər beynəlxalq tədbirdə isə dünyanın texnoloji gündəliyi müzakirə edilir ki, bu da öz növbəsində ölkəmizin müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə göstərilən yüksək diqqətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə -1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Ötən 50 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar növbəti dəfə belə əhəmiyyətli beynəlxalq tədbir üçün ideal məkan seçilməsini şərtləndirdi. Azərbaycan bu gün müstəqil, eyni zamanda, qalib ölkə olaraq tədbirə ev sahibliyi edərək 100-dən artıq ölkənin beş mindən çox nümayəndəsini bir araya gətirir. Bu tədbirlərin Azərbaycan həqiqətlərinin təbliğində rolu inkaredilməzdir. Prezident İlham Əliyev Konqresdəki çıxışında bu məqamı xüsusi qeyd etdi. “Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır” söyləyən dövlət başçısı bildirdi ki, Azərbaycan on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Həyata keçirilən siyasət hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Deputat onu da əlavə edib ki, bu gün Azərbaycanın artan beynəlxalq nüfuzu istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında öz təsdiqini tapır: “Bircə faktı qeyd etmək kifayətdir ki, ölkəmiz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, Azərbaycanın xarici siyasət gündəliyinin təqdimatıdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin Azərbaycana həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab edirik.”

İnformasiya-kommunikasiya texnologiyalarının hər bir ölkənin gələcəyi üçün vacib sahə olduğunu vurğulayan Malik Həsənov bildirib: “Azərbaycan hər bir sahədə təcrübəsinin nümunə olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu məqsədə yüksək səviyyədə nail olur. Davos Dünya İqtisadi Forumunun məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçməsi də özündə mühüm məqamları ehtiva edir. Əminik ki, Konqres Azərbaycanın texnoloji sahədə dünəninin, bu gününün və perspektivlərinin təqdimatı olaraq səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması əsasında əməkdaşlığın coğrafiyasının daha da genişləndirilməsində öz sözünü deyəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSLÜZİV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO