ATA VƏ OĞUL HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Qaradağ rayonu ərazisində, Heybət dəmir yolu stansiyasının yaxınlığında, Yevlax rayon sakini Məzahir Seyidov “VAZ-2103” markalı avtomaşını yolun kənarındakı dirəyə vurmuşdur. Nəticədə Məzahir Seyidov və oğlu Aftandil hadisə yerində ölmüşlər.
Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsi ərazisində, qəsəbə sakini Şahbaba Hüseynov "VAZ-2106" markalı avtomaşınla həmyerlisi Məhəmməd Rzazadəni vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Məhəmməd Rzazadə orada ölmüşdür.
Hər iki faktla bağlı araşdırma aparılır.