Azərbaycan Dövlət İnformasiya Agentliyi

Atatürk Cümhuriyyətinin 100 yaşında Turan reallığı

Atatürk Cümhuriyyətinin 100 yaşında Turan reallığı

Bakı, 28 oktyabr, AZƏRTAC

Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunur. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Gerçəkdən Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündən sonra Türkiyə Cümhuriyyəti Türk dünyasında ay-ulduzlu bayrağı yüksəldən yeganə məqam oldu.

Atatürk Türk xalqlarının XX əsrdə dünyaya verdiyi bir türk dahisidir. Türk adını millətlərin və xalqların demokratiya, hüquqi dövlət və istiqlal xəritəsinə ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə həkk edildi, ardınca Atatürk bu imzanı əbədi olaraq dünya xəritəsinə yazdı. Doğrudan da, bugünkü Türkiyə varlığına görə göydə Tanrıya yerdə isə Atatürkə borcludur. O, məhv olmaq təhlükəsinə rəğmən, bir Türkiyə Cümhuriyyəti yaratmaqla ümidlərimizin tamamilə yox olmasına dur deyə bilmişdir. O zaman üçün önəmli olan dünyada bir Türk dövlətinin olması idi. Atatürk də çalışırdı ki, həmin zamanın tələblərinə uyğun olaraq Türkiyəni qorusun və yaşatsın. Atatürk sonralar Azərbaycanın Sovet Rusiyasının əlində müstəmləkə halına gəldiyini görərək ürəkağrısı ilə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kimi ifadə etmişdir. Eyni zamanda, Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq və o zaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının yanında olmağa hazır olmalıdırlar: “Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir”. Mustafa Kamalın bu fikirləri göstərir ki, o, heç zaman türklüyü Türkiyə türklüyü ilə məhdudlaşdırmamışdır, əksinə, ustadı Ziya Gökalp kimi, türklüyü Turan ülküsü kimi daha geniş anlamda götürmüşdür.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib.

Parlament sədrinin müavini qeyd edib ki, XX əsrin əvvəllərində böyük fikir adamlarımızın min bir çətinliklə qoruduqları istiqlal ideyası əsrin sonunda gerçəkləşdi və Atatürk Cümhuriyyətinin bayrağı ilə birgə daha 5 ay ulduzlu Türk bayrağı dünya siyasi xəritəsində yer tutdu. Bu dönəmin aparıcı gücü yenə də Türkiyə və Azərbaycan oldu. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” deyə dəyərləndirdiyi dövlətlərarası münasibət artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilmişdir. Tarixin müxtəlif dönəmlərində həmişə bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq salmağa çalışmışlar. “Sürix protokolları”- Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmaq, işğalçı Ermənistanın blokadadan çıxarmaq məqsədini ortaya qoyan protokol Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı müttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı. Amma Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymamaq üçün çevik diplomatik gedişlər etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Bir neçə il öncə prezidentlər səviyyəsində keçirilən mühüm bir toplantıda Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə əleyhinə əsassız fikirlər səsləndirərkən, Azərbaycan Prezidenti İlham Əliyev dərhal buna reaksiya verərək, “Türkiyə nümayəndəsi toplantıda yoxdur, amma mən burdayam” deməsi iki qardaş dövlət arasındakı münasibətləri tam ehtiva edir.

Vurğulanıb ki, 100 il əvvəl Bakının azad olunmasında, Çanaqqala savaşında çiyin-çiyinə duran iki dövlətin bir millətə mənsub qəhrəman əsgərlərin ruhu bu gün Azərbaycanın Zəfər Savaşında Bakı və Ankaranın diplomatik savaşda birgə qələbəsindən şad oldu. Qarabağın azadlığı, həm də gələcək xəyallarımızın gerçəkləşməsi yolunda ümid çırağını yandırmış oldu. Bu qələbə ilə, yüz illərdir bu yolda vətən sağ olsun deyib şəhadət şərbətini içən şəhidlərimizə olan vəfa borcumuzu qaytardıq. Bu qələbə həm də alnımıza vurulmuş namus ləkəsini silib, bizi böyük bir utancdan qurtarmış oldu. Bu arzumuzu gerçəkləşdirən, şəhadət şərbətini içib, qanı ilə Qarabağda zəfər dastanını yazan, müzəffər Azərbaycan Ordusuna alqış deyir və şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirik. Bu Zəfər Türk Dünyasında 100 ildən sonra ikinci yüksəliş dalğası yaratdı.

Diqqətə çatdırılıb ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Bununla da türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti 100 il ərzində dayandırıldı. Artıq bu gün Zəngəzur regionunda Azərbaycan bayrağı dalğalanır. Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması da bu reallığın bariz təcəssümüdür. Eləcə də bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lider olaraq tarix yazmaqdadır. Qarabağ müharibəsi və Zəngəzur dəhlizi layihəsi “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizini aktuallaşmasından qaynaqlanırdı: Ankara və Bakı geosiyasi dəyişikliyi doğru oxumağı və bu dəyişiklikdə aparıcı oyunçular olmağı bacardı. Bugünkü dünyanın siyasi düzənində Türk Dünyasının yeri və birliyi Atatürk Cümhuriyyətinin layiqli lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən dəqiq ifadə olunmuşdur: “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”.

Qeyd edilib ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi imzalandı. Bu Sazişdən İstanbul zirvəsinə qədər qət edilən zaman məsafəsində isə türk dövlətləri xeyli səmərəli addımlar atdılar. Məhz o addımların, birlikdə verilən qərarların nəticəsi olaraq Türk Dövlətləri Təşkilatı (TDT) bu gün həm bölgənin, həm də elə dünyanın ehtiyacı olan bir birlik halına gəlib. Dünyada cərəyan edən proseslər türk dövlətlərinin də birgə təhlükəsizlik sistemi qurması, həmçinin ortaq ordu yaratması zərurətini ortaya çıxarır. Ötən müddət ərzində əldə edilən uğur onu deməyə əsas verir ki, türk dövlətləri qardaşlıq əlaqələrini daha da gücləndirərək yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzalayaraq türk birliyini daha da gücləndirməlidirlər. Təbii ki, Türkiyə-Azərbaycan qardaşlığı, bu qardaşlıqdan doğan Şuşa Bəyannaməsi TDT-nin daha da güclənməsində əsas rol oynayır.

Fəzail İbrahimli bildirib ki, müasir dünya artıq ümumbəşəri dəyərlərlə yaşadığını çox tez-tez bəyan etsə də, reallıq çox zaman bunun əksini göstərir - son illərin beynəlxalq təcrübəsi dönə-dönə sübut etdi ki, milli ehtiraslar dünyanın siyasi xəritəsini dəyişməyə, böyük fəlakətlər törətməyə qabildir. Demokratiya, azadlıqlar, insan hüquqları kimi anlayışlar Qərb cəmiyyətləri üçün əhəmiyyətlidir. Xüsusilə, demokratiyanın beşiyi sayılan Avropa dövlətləri davamlı olaraq başqa ölkələrin demokratiyalarını sərt tənqid edir, hər zaman daha irəli demokratiya tələb edirlər. Avropanın türk dünyasına, özəlliklə müsəlman aləminə olan münasibətini yaxşı bilirik. Qədim və şərəfli bir keçmişi olan, zaman-zaman çətin anlardan ləyaqətlə çıxan qəhrəman millətimiz Türk qürur və şüuru, Türk əxlaq və fəziləti, Türk millətçiliyi, ideologiyası ilə bu durumdan da alnıaçıq, üzüağ çıxacaq. Bu, kеçmişdə bеlə olub, gələcəkdə də bеlə olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib