Atlanta şəhərindəki məktəbdə atışma zamanı dörd şagird yaralanıb
Bakı, 15 fevral, AZƏRTAC
ABŞ-ın Atlanta şəhərinin cənub-qərbindəki Benjamin Mays liseyinin həyətində dörd şagirdin yaralanması ilə nəticələnən atışma baş verib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, liseydə növbə çəkən və həmin vaxt hadisə yerində olan polis məmurunun sözlərinə görə, atışma ilə nəticələnən mübahisə dərsdən sonra yerli vaxtla saat 16:00 radələrində başlayıb.
Təxminən 17-18 yaşlarında olduqları ehtimal edilən yaralılar bölgə xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma davam edir, indiyədək heç bir ittiham irəli sürülməyib və atəş açanların kimliyi açıqlanmayıb.
Atışma ABŞ tarixində ən ölümcül orta məktəb faciəsinin ildönümündə baş verib. Xatırladaq ki, 2018-ci il fevralın 14-də 19 yaşlı şəxsin Marcorie Stoneman Douqlas liseyində atəş açması nəticəsində 17 nəfər həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]