ATLETİKA ÜZRƏ ÖLKƏ ÇEMPİONATI DAVAM EDİR
Bakı, 17 yanvar (AZƏRTAC). Respublika Olimpiya Mərkəzində yeniyetmələr və gənclər arasında atletika üzrə Azərbaycan çempionatı davam edir.
İlk günün nəticələrinə görə, 1994-1995-ci il təvəllüdlü oğlan və qızların yarışında yadro itələməkdə Zülfiyyə Fərziyeva və Eldar Hüseynov, üç təkanla tullanmada Yekaterina Sarıyeva və Kamran Şirinov, 60 metr məsafəyə qaçışda Nazan Əzməmmədova və Teymur Məmmədov, 400 metr məsafəyə qaçışda Nazan Əzməmmədova və Fəriz Baxşıyev, 1500 metr məsafəyə qaçışda Fərid Babasıyev birinci yerləri tutmuşlar.
1990-1991-ci il təvəllüdlü idmançıların hündürlüyə tullanma turnirində isə Vladislav Budaqov, yadro itələməkdə Lalə Ələsgərova və Aslan Abdullayev, üç təkanla tullanmada Kamran Cəlilov, 60 metr məsafəyə qaçışda Alyona Setina və Dmitri Sidorov, 400 metr məsafəyə qaçışda Valeriya Əzizova və Hakim İbrahimov, 1500 metr məsafəyə qaçışda Pərvanə Şirvanlı və Kamran Məmmədov ən yaxşı nəticə göstərmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]