“Atletiko Madrid” klubu növbəti transferini reallaşdırıb
Bakı, 1 avqust, AZƏRTAC
“Monako” klubunun hücuma meyilli yarımmüdafiəçisi Tomas Lemarın tibbi yoxlanışdan sonra “Atletiko Madrid”ə keçidi rəsmiləşib.
AZƏRTAC xəbər verir ki, “Atletiko Madrid” futbolçu ilə beşillik müqavilə imzalayıb. Madrid təmsilçisi T.Lemar üçün “Monako”ya 70 milyon avro ödəyib. O, yeni klubda 11 nömrəli formada çıxış edəcək.
Fransalı futbolçu 2018-ci il dünya çempionatı zamanı Madrid klubu ilə müqavilə imzalamasına baxmayaraq, klub bu keçidi hələ də rəsmiləşdirməmişdi.
"Burada olduğuma görə çox xoşbəxtəm. Antuan Qrizman və Lukas Hernandes məni klub haqqında məlumatlandırdılar. Qəbul etdiyim qərardan çox məmnunam. Bilirəm ki, bu komanda çox işləməyi tələb edir və mən əlimdən gələni edəcəyəm”, - deyə T.Lemar bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]