Atmosfer havası və radiasiya üzrə monitorinqlər davam edir
Bakı, 25 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti ölkədə monitorinqləri davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, atmosfer havasının çirklənməsi üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidəki 26 müşahidə məntəqəsində analiz üçün 100 min 343 nümunə götürülmüşdür.
Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran zonasında 21 məntəqədə 250 yağıntı (yağış, qar) nümunəsi üzərində 2 min 764 kimyəvi analiz aparılmışdır.
Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə 50 müşahidə məntəqəsində keçirilmişdir.
Ətraf mühitin radiasiya çirklənməsi üzrə gündəlik müşahidələr isə ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 36 məntəqədə aparılmışdır.
Bundan başqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində “Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi üzrə Qazax, Sədərək, Beyləqan, Astara, Quba və Pirallahı adasındakı meteoroloji stansiyalarda avtomatlaşdırılmış nəzarəti sistemi quraşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]