ATU könüllüləri Gəncəçayın yatağını məişət tullantılarından təmizləyiblər
Gəncə, 19 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbə könüllüləri Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncəçay ərazisində ekoloji aksiya keçiriblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aksiya zamanı ATU könüllüləri çay yatağını məişət tullantılarından təmizləyiblər.
Ekoloji aksiya "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunub.