Avqust ayı ərzində “Qaynar xətt”ə 94 müraciət daxil olmuşdur
Bakı, 14 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə (539-18-63, 538-13-35) ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanun pozuntuları ilə əlaqədar müraciətlər qəbul edilir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin avqust ayı ərzində “Qaynar xətt”ə daxil olmuş 94 müraciətdən 16-sı ağacların kəsilməsi, 42-si ağacların aşma təhlükəsi, 36-sı isə məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanması və meşələrin qanunsuz qırılması ilə əlaqədardır. Nazirliyin əməkdaşları bütün şikayətləri yerində araşdırmış və qanunamüvafiq tədbirlər görmüşlər.
Araşdırmalar zamanı müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]