Avqustun 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 29-34° isti olacaqdır.
Bakıda gecə 22-24°, gündüz 32-34° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 14-19°, gündüz 30-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 18-23° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 28-33° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 24-29° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-23°, gündüz 30-34° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-23°, gündüz 26-31°, dağlarda gecə 13-17°, gündüz 19-24° isti olacaqdır.