Avqustun 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 32-36° isti olacaqdır.
Bakıda gecə 23-25°, gündüz 33-35° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-250 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 30-35° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 19-24° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-23°, gündüz 29-34° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 24-29° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-23°, gündüz 31-36° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-23°, gündüz 28-33°, dağlarda gecə 13-17°, gündüz 18-23° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün müsbət amil olsa da, temperaturun tədricən yüksəlməsi fonunda zəif küləyin üstünlüyü, bəzi saatlardan yaranan durğun və nisbətən rütubətli hava şəraiti əlverişsiz olacaqdır.