Avqustun 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 22-26°, gündüz 34-39° isti olacaqdır.
Bakıda gecə 23-25°, gündüz 36-38° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 752 millimetr civə sütunundan 755 civə sütununadək yüksələcək, nisbi rütubət səhər və axşam 60-70 faiz, gündüz 45-50 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 35-39° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 13-18°, gündüz 25-30° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 32-37° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 35-40° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 23-26°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacaqdır.