Avqustun 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 22-25°, gündüz 30-35° isti olacaqdır.
Bakıda gecə 23-25°, gündüz 32-34° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütununa bərabər, nisbi rütubət səhər və axşam 60-70 faiz, gündüz 50-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-250 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 19-24°, gündüz 32-37° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 12-17°, gündüz 21-26° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 32-36° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 28-33° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 32-37° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 22-25°, gündüz 30-35° isti, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gündə Abşeron yarımadasında xəzri küləyinin davam etməsi və temperaturun tədricən enərək iqlim normasına yaxınlaşması meteohəssas insanlar üçün nisbətən əlverişlidir.