Avqustun 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur 22-25°, gündüz 30-34° isti olacaqdır.
Bakıda gecə 23-25°, gündüz 32-34° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək, nisbi rütubət səhər və axşam 65-75 faiz, gündüz 50-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 32-37° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimal olunur.
Temperatur gecə 12-17°, gündüz 21-26° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal olunur.
Temperatur gecə 19-24°, gündüz 29-34° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 32-37° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 20-24°, gündüz 30-34°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacaqdır.