Avqustun 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 21-25°, gündüz 29-34° isti olacaqdır.
Bakıda gecə 23-25°, gündüz 32-34° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam qısamüddətli yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 20-25° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal olunur.
Temperatur gecə 19-24°, gündüz 28-33° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 21-25°, gündüz 31-36° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-23°, gündüz 29-34°, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacaqdır.
Xəbərdarlıq
Avqust ayının üçüncü ongünlüyünün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Temperatur tədricən 4-6° aşağı enəcəkdir.