Avqustun 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 20-23°, gündüz 24-29° isti olacaqdır.
Bakıda gecə 22-24°, gündüz 32-34° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütununa bərabər, nisbi rütubət 80-90 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 9-14°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 18-22°, gündüz 25-30° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 14-19°, gündüz 22-27° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən axşam və gecə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 19-24°, gündüz 27-32° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 20-23°, gündüz 26-31°, dağlarda gecə 11-16°, gündüz 17-22° isti olacaqdır.
Xəbərdarlıq
Avqustun 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Avqustun 29-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi rayonlarda lokal leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.