Avqustun 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Əsasən səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 18-21°, gündüz 22-27° isti olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 24-26° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunundan 764 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət 75-85 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 8-12°, gündüz 13-18° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-19°, gündüz 23-280 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 10-15°, gündüz 18-230 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 23-28° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 18-20°, gündüz 22-27°, dağlarda gecə 9-14°, gündüz 14-19° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gündə Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və sərin hava şəraitinin davam etməsi əksər meteohəssas insanlar üçün əlverişlidir.