Avqustun 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 21-26° isti olacaqdır.
Bakıda gecə 18-20° , gündüz 24-26° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 765 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-11°, gündüz 12-17° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 22-270 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 10-15°, gündüz 18-230 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 22-27° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 18-21°, gündüz 22-27°, dağlarda gecə 9-14°, gündüz 13-18° isti olacaqdır.