Avqustun 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
avqustun 27-dən 28-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-22°, gündüz 24-28° isti olacaqdır.
Bakıda gecə 19-21°, gündüz 25-27° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 765 millimetr civə sütununa bərabər yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, gecə və axşam arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-
Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
əsasən axşam və gecə yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 17-21°, gündüz 24-29°, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacaqdır.