Avqustun 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 25-28°, gündüz 35-40°, yarımadanın bəzi yerlərində 42° isti olacaqdır.
Bakıda gecə 26-28° isti, gündüz 39-41° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütununa bərabər, nisbi rütubət səhər və axşam 55-65 faiz, gündüz 25-35 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-300 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 21-26° isti, gündüz 39-42° , bəzi yerlərdə 44° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24° isti, gündüz 34-38° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 23-28° isti, gündüz 36-41° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25° isti, gündüz 35-40° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 24-29° isti, gündüz 39-42°, bəzi yerlərdə 44° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 23-28° isti, gündüz 38-41° isti, dağlarda gecə 20-24° isti, gündüz 34-38° isti olacaqdır.
Tibbi meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti ilə yanaşı atmosfer təzyiqinin normadan xeyli aşağı olması əhali ücün əlverişsizdir. Xüsusilə gündüz saatlarında açıq havada olmaq məsləhət deyil. Uzun sürən anomal isti hava şəraitindən sonra, avqustun 4-dən güclü xəzri küləyi ilə əlaqədar temperaturun tədricən aşağı enməsi əhalidə rahatlıq hissi yaradacaqdır.