Avqustun 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 16-18°, gündüz 28-30° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
yağmursuz keçəcəkdir.
Temperatur gecə 11-16°, gündüz 28-33° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-
Gədəbəy rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-
Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-
Xaçmaz rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 22-27° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 28-33° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
havaların əsasən yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacaqdır.