Avqustun 31-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 17-20°, gündüz 27-32° isti olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 29-31° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 758 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 60-65 faiz, gündüz 35-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 11-16°, gündüz 29-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-
Gədəbəy rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 18-23° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 26-31° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-
Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-
Xaçmaz rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 24-29° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 28-33° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
havaların əsasən yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 17-21°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 20-25° isti olacaqdır.