Avqustun 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 25-27°, gündüz 35-38°, yarımadanın bəzi yerlərində 40° olacaqdır.
Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 750 civə sütununa enəcək, nisbi rütubət səhər və gecə 55-65 faiz, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-290 isti təşkil edəcəkdir.
Bakıda və Abşeron yarımadasında
uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 4-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, avqustun 6-dan 10-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur tədricən 5-10° aşağı enəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 23-28°, gündüz 36-41° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 35-40° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava yağmursuz keçəcəkdir. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 24-29°, gündüz 37-42° təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 24-28°, gündüz 36-40°, dağlarda gecə 19-24°, gündüz 33-36° isti olacaqdır.
Xəbərdarlıq
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq hava şəraitinin dəyişiləcəyi, birinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimal vardır. Havanın temperaturu tədricən 5-100 aşağı enəcəkdir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.