Avqustun 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 22-26°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti olacaqdır.
Bakıda gecə 24-26° isti, gündüz 31-33° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 750 millimetr civə sütunundan 754 civə sütununa yüksələcək, nisbi rütubət səhər 60-70 faiz, gündüz 40-50 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-280 isti təşkil edəcəkdir.
Bakıda və Abşeron yarımadasında
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 4-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin, avqustun 4-dən 6-dək arabir, yarımadanın bəzi yerlərində güclənəcəyi, 6-dan 10-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur tədricən 5-10° aşağı enəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 22-27°, gündüz 34-39° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 29-34° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 21-26°, gündüz 33-37° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-
Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 30-34° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 22-27°, gündüz 34-39° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-25°, gündüz 33-36°, dağlarda gecə 16-21°, gündüz 27-32° isti olacaqdır.
Xəbərdarlıq
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq hava şəraitinin dəyişiləcəyi, birinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı vardır. Havanın temperaturu tədricən 5-100 aşağı enəcəkdir. Şimal-qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəkdir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.