Avqustun 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 22-26°, gündüz 28-33° isti olacaqdır.
Bakıda gecə 23-25° isti, gündüz 30-33° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 758 civə sütununa yüksələcək, nisbi rütubət səhər və axşam 60-70 faiz, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 32-37° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 30-35° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir.
Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 28-33° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 32-37° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 21-26°, gündüz 30-35°, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında havanın temperaturunun tədricən enərək iqlim normasına yaxınlaşması əksər meteohəssas insanlar üçün əlverişli olsa da, davamlı olaraq əsən güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.