Avqustun 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 22-26°, gündüz 27-32° isti olacaqdır.
Bakıda gecə 24-26° isti, gündüz 30-32° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət səhər və axşam 60-70 faiz, gündüz 50-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-270 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 32-37° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 13-18°, gündüz 24-29° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy,
Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 20-24°, gündüz 30-35° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 17-22°, gündüz 28-33° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 30-35° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 30-34°, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacaqdır.