Avqustun 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 27-32° isti olacaqdır.
Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 70-80 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-270 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 31-36° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 20-25° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy,
Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv və güclü olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 20-24°, gündüz 28-33° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 17-22°, gündüz 24-29° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 30-35° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 27-32°, dağlarda gecə 14-19°, gündüz 22-27° isti olacaqdır.