Avqustun 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-23°, gündüz 27-31° isti olacaqdır.
Bakıda gecə 20-22° , gündüz 28-30° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-250 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 29-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 20-25° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 27-32° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 14-19°, gündüz 24-29° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 19-24°, gündüz 29-34° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 19-24°, gündüz 27-32°, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacaqdır.