Avqustun 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 18-22°, gündüz 25-28° isti olacaqdır.
Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 760 millmetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-240 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 9-14°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 17-22°, gündüz 25-30° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 19-24° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 26-31° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 18-22°, gündüz 25-30°, dağlarda gecə 11-16°, gündüz 18-23° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və avqust ayı üçün nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbərdarlıq
Ölkə ərazisində qeyri-sabit hava şəraiti birinci ongünlüyün sonunadək davam edəcəkdir.