Avratlantik təhlükəsizlik sistemində NATO-Azərbaycan əlaqələri
Gəncə, 21 noyabr, Sabir Əliyev, AZƏRTAC
NATO-Azərbaycan tərəfdaşlığının 20 illiyi ilə əlaqədar Gəncə Avratlantik Məlumat Mərkəzi tərəfindən bu şəhərdə “Avratlantik təhlükəsizlik sistemində NATO-Azərbaycan əlaqələri” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahuenin mövzu ilə bağlı çıxışı dinlənilib.
Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Nadir Saraclı çıxış edərək ölkəmizin avratlantik məkanda və ondan kənarda təhlükəsizliyə və sabitliyə töhfəsindən, NATO- Azərbaycan tərəfdaşlığının əhəmiyyətindən, Alyansın Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarına Azərbaycanın verdiyi töhfələrdən danışıb.
NATO-nun dəstəyi ilə keçirilən “dəyirmi masa”da iştirak edən 60-dan artıq ictimaiyyət nümayəndəsi avratlantik təhlükəsizlik sistemində NATO-nun rolu və NATO-Azərbaycan tərəfdaşlığı, bu tərəfdaşlığın əhəmiyyəti, perspektivləri barədə məlumatlar əldə edib.