“Avro-2024”: Püşkatmada birinci səbətin tərkibi dəqiqləşib
Bakı, 20 noyabr, AZƏRTAC
“Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasiminə birinci səbətdən qatılacaq komandalar dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, əsas qrupun tərkibi seçmə mərhələnin ötən gün keçirilən matçlarından sonra rəsmiləşib.
Birinci səbətdə ev sahibi Almaniya ilə yanaşı, Portuqaliya, Fransa, Belçika, İngiltərə və İspaniya yığmaları yer alıblar.
Türkiyə millisinin hansı səbətə düşəcəyi isə Uelslə oyunun nəticəsindən asılı olacaq. “Ay-ulduzlular” qrup liderliyini qoruyub saxlaya bilsələr, püşkatmaya ikinci, əks halda üçüncü səbətdən qoşulacaqlar.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi dekabrın 2-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]