“Avro-2025”: Azərbaycanın U-21 millisi Ukrayna ilə üz-üzə gələcək
Bakı, 21 noyabr, AZƏRTAC
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün “Avro-2025”in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, yığmamız səfərdə Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. İrakli Kvirikaşvili baş hakim olacaq. Giorgi Elikaşvili və Davit Çigogidz ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Giorgi Avazashvili yerinə yetirəcək.
Qeyd edək ki, Ukrayna kollektivi 12 xalla liderdir, Samir Əliyevin baş məşqçisi olduğu komanda isə 4-cü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]